Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri evdə ailəvi olaraq yemək yedikdən sonra qəfildən onların halı pisləşib. Ailənin 5 üzvü zəhərlənib. Onlardan biri uşaqdır.
Onlar dərhal təcili tibbi yardımın köməyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırıblar.
Ailənin hər bir üzvünə ilkin tibbi yardım göstərilib.
Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.