Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir

Sabah saat 15:00-dan etibarən ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək.

Bu barədə “Report”a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 1 avqust saat 18:00-da yekunlaşacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More