Pezəşkian: İran uranın zənginləşdirilməsini davam etdirəcək

İran nüvə silahı əldə etməyə çalışmır, lakin beynəlxalq hüquq normalarına uyğun olaraq uranın zənginləşdirilməsini davam etdirəcək.

“Report”un məlumatına görə, bu barədə İran İslam Respublikasının prezidenti Məsud Pezəşkian “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

“Biz nüvə silahına sahib olmağı tamamilə rədd edirik – bu bizim siyasi, dini, humanitar və strateji mövqeyimizdir”, – o xatırladıb.

Prezident vurğulayıb ki, İran “gələcəkdə beynəlxalq hüquq çərçivəsində öz ərazisində uranın zənginləşdirilməsini davam etdirəcək”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More