PKK-nın Suriyadakı qolu YPG silahları təhvil verməyəcəyini açıqlayıb

PKK-nın Suriyadakı qolu olan YPG/SDG ölkədə davam edən gərginliyi bəhanə gətirərək mövcud şəraitdə silahlarını təhvil verməycəklərini açıqlayıb.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın adı açıqlanmayan üzvü onlara bağlı internet saytlarına danışıb.

“Suriyada davam edən gərginlik, şiddətin yüksək səviyyəsi və İŞİD təhlükəsi fonunda qüvvələrimizin silahlarını təhvil verməsi mümkün deyil”, – o bildirilib.

Qeyd edilib ki, əgər razılıq əldə olunsa, onlar Suriya ordusuna qoşulmağı istisna etməyəcəklər.

YPG/SDG lideri Ferhat Abdi Şahin isə Almaniya mətbuatına verdiyi açıqlamada Suriya prezidenti ilə əldə olunan razılaşmanın həyata keçəcəyi təqdirdə silahı yerə qoymaqlarına ehtiyac qalmayacağını vurğulayıb:

“Çünki biz avtomatik olaraq Suriya ordusunun bir hissəsi olacağıq və Suriyanın şimal-şərqini Suriya ordusu qoruyacaq. Ona görə də indi və ya gələcəkdə silahlarımızı yerə qoymağa ehtiyac yoxdur”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More