“Rosaviasiya” “Utair” aviaşirkətinə Omsk-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsinə icazə verib.
“Report”un xarici KİV-ə istinadən verdiyi məlumatına görə, bu barədə “Rosaviasiya”nın qərarında qeyd olunub.
Sənədə əsasən, daşıyıcıya həftədə üç dəfəyə qədər Azərbaycan paytaxtına uçuş həyata keçirməyə icazə verilib.
Daşıyıcı ölkənin 4 yaşayış məntəqəsindən Bakıya uçuşlar üçün icazə alıb. Bu istiqamət üzrə, o cümlədən Omskdan birbaşa uçuşların başlanması planları barədə aviaşirkət nümayəndələri hələlik açıqlama verməyiblər.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.