Bildiririk ki, xaricdə natamam ali təhsil alan şəxslərə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülmək üçün müraciət etmək hüququ verən qismən akademik şəhadətnamə əldə etmək məqsədilə müəyyən olunmuş 5 iyun – 9 iyul 2025-ci il tarixlərində 192 nəfər şəxsin müraciəti qeydə alınıb.
Bunlardan 171-i barədə müsbət qərar verilərək, qazanılmış AKTTS sayının qeyd olunduğu müvafiq şəhadətnamələr təqdim edilmiş, 6 nəfərin müraciəti mənfi qərarla yekunlaşmış və 15 nəfərin sənədləri isə sənəd çatışmazlığına görə geri qaytarılıb.
Mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 2 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript), 2 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, 1 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript) və saxta apostil, 1 fakt üzrə isə dövlət nümunəli olmayan transkript (saxta transkript) və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması təsbit edilmişdir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.