Türkiyə və Britaniya qırıcıların tədarükü haqqında memorandum imzalayıb

Türkiyə və Böyük Britaniyanın müdafiə nazirləri Yaşar Güler və Con Hili “Eurofighter Typhoon” qırıcılarının Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilməsi haqqında Anlaşma Memorandumu imzalayıblar.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” telekanalının məlumatında deyilir.

Bu sənəd ölkələr arasındakı münasibətləri rəsmi olaraq təsbit edir və onları tədarükə dair hərtərəfli saziş bağlamağa yaxınlaşdırır.

“Türkiyənin “Typhoon” operatoru kimi tanınması NATO-nun əsas müttəfiqləri arasında onilliklər boyunca inkişaf edən dostluq əlaqələrini daha da gücləndirəcək və Türkiyənin qabaqcıl döyüş imkanlarının artırılması yolunda mühüm addım olacaq”, – telekanal Y.Gülerdən sitat gətirir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More