Türkiyədə meşə yanğınlarına görə 23 nəfər saxlanılıb, 4 nəfər həbs olunub

Türkiyədə 4-22 iyul tarixlərində baş verən 61 meşə yanğınına görə 23 nəfər saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.

O qeyd edib ki, saxlanılanlardan 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 19 nəfər barəsində isə polisin nəzarəti qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More