Ukraynada antikorrupsiya orqanlarının fəaliyyətini məhdudlaşdıran qanunun ləğvi ilə bağlı KM-yə müraciət edəcək

Ukrayna Ali Radasının hakim partiya istisna olmaqla digər partiyalarla olan deputatları antikorrupsiya orqanlarının fəaliyyətini məhdudlaşdıran qanunun ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə (KM) müraciət etməyə hazırlaşır.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Antikorrupsiya Bürosunun və Xüsusi Antikorrupsiya Prokurorluğunun fəaliyyətini məhdudlaşdıran qanunun ləğvi ilə bağlı müraciətə səbəb ölkədə cəmiyyət bir qrupundan olan narazılıq əsas göstərilib.

Deputatlar bununla bağlı KM-ə təqdimat hazırlayır. Minimum 45 deputatın imzası ilə təqdimat ünvanlanacaq.

Qeyd edək ki, iyulun 22-də Ali Radanın hakim partiyadan olan deputatları tərəfindən Antikorrupsiya Bürosunun və Xüsusi Antikorrupsiya Prokurorluğunun fəaliyyəti məhdudlaşdırılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More