Yannik Sinner yenidən italiyalı məşqçi ilə çalışacaq

“Böyük dəbilqə” turnirinin dördqat qalibi, dünya reytinqinin lideri olan italiyalı tennisçi Yannik Sinner yenidən fitnes məşqçisi Umberto Ferrara ilə çalışacaq.

“Report” “Ubitennis”ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis və tennisçi daha əvvəl də birlikdə çalışıblar.

2022-ci ildən əməkdaşlıq edən tərəflər ötən il dopinq qalmaqalından sonra yolları ayırmışdılar. Əməkdaşlıq qərarının Sinsinati və ABŞ Açıq Çempionatı da daxil olmaqla qarşıdakı turnirlərə hazırlıq çərçivəsində qəbul edildiyi bildirilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More