“Yuventus”la “Portu” futbolçularını dəyişəcək

İtaliyanın “Yuventus” və Portuqaliyanın “Portu” klubu futbolçularını dəyişəcək.

“Report” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Turin klubunun “Portu”nun müdafiəçisi Joau Mariunu alacağı, əvəzində eyni mövqedə çıxış edən Albert Koştanı Portuqaliya təmsilçisinə satacağı bildirilib. Nəticədə “Portu” İtaliya klubuna nağd şəkildə 3 milyon avro, daha sonra isə bonus olaraq 1 milyon avro ödəyəcəyi bildirilib.

Qeyd edək ki, A.Koşta 2024/2025 mövsümündə A Seriyasında 9, J.Mariu isə Portuqaliya çempionatında 27 oyun keçirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More