Zelenski hüquq-mühafizə və antikorrupsiya orqanlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib

Ukrayna Prezidenti Volodimir Zelenski hüquq-mühafizə və antikorrupsiya orqanlarının fəaliyyətini məhdudlaşdıran qanuna etirazlar fonunda müşavirə keçirib.

“Report” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

Müşavirədə hüquq-mühafizə və antikorrupsiya orqanlarının rəhbərləri iştirak edib.

V.Zelenskinin sözlərinə görə, iki həftə ərzində Ukraynanı gücləndirmək və cəmiyyətin maraqlarını qorumaq üçün vacib olan birgə plan hazırlanmalıdır.

O qeyd edib ki, cinayət işləri qanuni hökmlər olmadan illərlə davam etməməli, Ukraynaya qarşı fəaliyyət göstərənlər isə özlərini rahat hiss etməməlidirlər.

Prezident birgə fəaliyyət planı üzrə növbəti görüşün gələn həftə baş tutacağını deyib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More