Ukrayna və Rusiya arasında əsir mübadiləsinin yeni mərhələsinə hazırlıq davam edir.
“Report”un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
“Bu gün mübadilənin yeni mərhələsinə hazırlıq gedib. Özümüzküləri evdə gözləyirik. Bütün çətinliklərə baxmayaraq, ukraynalıların evlərinə qayıtması çox vacibdir”, – o deyib.
Zelenski qeyd edib ki, hər bir ad-soyadla bağlı yoxlamalar aparılır, çünki itkin düşənlər siyahısında olanların əsirlikdə tapılması ilə bağlı çoxlu hallar olub.
“Hər dəfə biz bütün bunları çox diqqətlə yoxlayırıq”, – Ukrayna lideri əlavə edib.
Mənbə: Report.Az
Comments are closed.