“Zirə” “Hayduk”la səfər matçına ciddi itki ilə çıxacaq

“Zirə”nin futbolçusu Brahim Konate “Hayduk”la (Xorvatiya) səfər matçında meydana çıxa bilməyəcək.

“Report” xəbər verir ki, bunu “Zirə”nin klubunun baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”la ilk matçdan sonra keçirilən mətbuat konfransında bildirib.

O, 29 yaşlı oyunçunun qarşılaşma zamanı ciddi zədə aldığını dilə gətirib:

“Görüş zamanı onun çiyni çıxıb. Böyük ehtimalla o, səfər matçında meydana çıxa bilməyəcək. Adətən belə zədələr zamanı futbolçu 1 aya yaxın yaşıl meydanlardan kənarda qalır”.

Qeyd edək ki, 8-ci kilometr stadionunda baş tutan “Zirə” – “Hayduk” matçı bərabərə bitib – 1:1. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More