ABŞ Dövlət Departamenti Ukraynaya ümumilikdə 322 milyon dollar dəyərində iki paket silah və texnikanın satışını təsdiqləyib.
“Report”un xəbərinə görə, bu barədə müdafiə və təhlükəsizlik üzrə əməkdaşlıq agentliyi məlumat yayıb.
Xüsusilə, HAWK Phase III raket sistemlərinin, dəstək sistemlərinin və peyk avadanlıqlarının satışı təqribən 172 milyon dollara nəzərdə tutulub.
Agentlik Konqresə məlumat verməklə lazımi sertifikatı təqdim edib.
“Təklif olunan satışın həyata keçirilməsi üçün təxminən ABŞ-nin beş hökumət rəsmisi və on beş podratçının Ukraynaya müvəqqəti rəsmi səfəri tələb olunacaq. Bu təklif olunan satış ABŞ-nin müdafiə qabiliyyətinə mənfi təsir göstərməyəcək”, – agentlik qeyd edib.
Mənbə: Report.Az
Comments are closed.