Litva, Latviya və Estoniyanın müdafiə nazirləri ABŞ-yə yola düşüblər.
“Report” xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Dovile Şakalene bildirib.
Nazirlər ABŞ-nin müdafiə naziri Pit Heqsetlə danışıqlar aparacaqlar.
Qeyd olunub ki, görüş zamanı regionda təhlükəsizliklə bağlı vəziyyət, ABŞ ilə müdafiə sahəsində əməkdaşlıq imkanları və Ukraynaya dəstək məsələsi müzakirə ediləcək. Görüşdə ABŞ qoşunlarının Avropada və Baltik ölkələri regionunda mövcudluğuna xüsusi diqqət yetiriləcək.
Mənbə: Report.Az
Comments are closed.