Almaniya XİN İsrailə silah tədarükünün məhdudlaşdırılmasını istisna etmir

Almaniyanın xarici işlər naziri İohann Vodeful İsrailə silah tədarükünün məhdudlaşdırılmasını istisna etmir.

“Report” xəbər verir ki, o, bu barədə “Die Zeit” qəzetinə müsahibəsində deyib.

“Mən həmişə demişəm ki, prinsipcə biz İsrailə silah veririk. Əvvəlki Almaniya hökuməti təchizatı azaldıb, bunu o zaman düzgün hesab etmirdim. Almaniyanın birinci kansleri Konrad Adenauerdən başlayaraq, bütün hökumətlər İsraili silahla təmin edib və biz, əlbəttə ki, bunu davam etdirəcəyik”, – Vadeful deyib.

Onun sözlərinə görə, Almaniyanın bu dəstəyi açıq şəkildə İsrailin mövcud olmaq hüququna sadiqliyindən irəli gəlir.

Daha əvvəl DPA agentliyi xəbər verib ki, Almaniya hökuməti 2023-cü il oktyabrın 7-dən 2025-ci il mayın 13-dək İsrailə 485,1 milyon avroluq silah və hərbi malların tədarükünü təsdiqləyib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More