“Bir səfərin izi ilə – Fransa” sənədli filminin təqdimatı keçirilib

Nizami Kino Mərkəzində Ümummilli lider Heydər Əliyevin Fransaya rəsmi səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə – Fransa” sənədli filminin təqdimatı olub.

“Report” xəbər verir ki, ekran əsərinin nümayişindən əvvəl çıxış edən layihə rəhbəri, tanınmış səyyah və jurnalist Azər Qərib bildirib ki, tamaşaçıları Ümummilli lider Heydər Əliyevin səfər etdiyi Fransanın paytaxtı Parisə aparan film rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir.

O qeyd edib ki, filmdə, eyni zamanda, Ulu öndərin Azərbaycanla Fransa arasında dostluq əlaqələrinin formalaşmasında oynadığı xüsusi rol barəsində tarixi faktlar təqdim olunur.

Bu, Ümummilli lider Heydər Əliyevin səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə” filmlər toplusundan artıq altıncı filmdir. Buna qədər yaradıcı heyət Ulu öndərin İtaliya, Çin, Yaponiya, Türk dünyası və Böyük Britaniya səfərləri haqqında filmlər hazır ediblər.

Filmlər toplusu Heydər Əliyevin beynəlxalq səviyyədə göstərdiyi fəaliyyəti, Azərbaycanın dünya dövlətləri ilə əlaqələrini gücləndirmək üçün gördüyü işləri və Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq üçün atdığı addımları əks etdirir.

Foto: Vüqar Xanlarov

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More