Çində mis-molibden filizi emalı zavodunda qəza nəticəsində 6 nəfər həlak olub

Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsində mis-molibden filizi emalı zavodunda baş vermiş qəza nəticəsində 6 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Hulunbuir şəhərində yerləşən “China National Gold Group” şirkətinin obyektində qeydə alınıb.

İstintaqın məlumatına görə, Şimal-Şərq Universitetinin tələbələri ekskursiya zamanı lövhənin çökməsi səbəbindən flotasiya kamerasına düşüblər.

Polis hadisənin təfərrüatlarını aydınlaşdırır, araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More