Ermənistan ABŞ-nin 42 km yolu icarəyə götürmək təklifini rədd edib

Ermənistan ABŞ-nin Sünikdən (Zəngəzur dəhlizinin bir hissəsi – red.) 42 km-lik yolu icarəyə götürmək təklifini qəbul etməyib.

“Report” xəbər verir ki, bunu Ermənistanın “Mülki müqavilə” fraksiyasından olan deputatı Arman Eqoyan deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti regionda kommunikasiyaların bloklanması məsələsinə suverenlik, yurisdiksiya, qarşılıqlılıq və ərazi bütövlüyü prinsiplərinə əməl olunması çərçivəsində baxmağa razıdır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More