ABŞ hökuməti “Chevron” neft-qaz şirkətinə Venesuelada neft hasilatının bərpasına icazə verib.
“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Razılaşmanın təfərrüatları hələ də bəlli deyil, lakin onlar keçən həftə Karakas tərəfindən 10 ABŞ vətəndaşının azad edilməsindən sonra ABŞ prezidenti Donald Tramp və dövlət katibi Marko Rubionun iştirakı ilə aparılan müzakirələrdən sonra əldə edilib.
Nəşr qeyd edib ki, bu ilin əvvəlində Tramp administrasiyası “Chevron” şirkətinin Venesuelada neft hasilatı lisenziyasını ləğv edib.
Mənbə: Report.Az
Comments are closed.