KİV: Senator Pol Uoltsun ABŞ-nin BMT-dəki nümayəndəsi kimi təsdiqlənməsinə mane olur

ABŞ-nin Kentukki ştatından olan respublikaçı senator Rend Pol keçmiş milli təhlükəsizlik müşaviri Mayk Uoltsun BMT-də daimi nümayəndə kimi təsdiqlənməsini ləngidir.

“Report” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Polun mövqeyi Senatın Xarici Əlaqələr Komitəsini Uoltsun namizədliyi üzrə planlaşdırılan səsverməni təxirə salmağa məcbur edib. Bəzi respublikaçılar hələ də Polun Valsı dəstəkləməyə razı olacağına və ya komitədə səsvermə zamanı bir və ya bir neçə demokratın onu dəstəkləməyə qərar verəcəyinə ümid edirlər.

“Axios”un qeyd etdiyi kimi, keçən həftə komitədə keçirilən dinləmələr zamanı senator Pol Uoltsun ABŞ Prezidenti Donald Trampı Nümayəndələr Palatasının üzvü olduğu müddətdə Əfqanıstanda 8 000 amerikalı əsgəri saxlamağa çağırmasını xatırladıb. Məqalədə vurğulanır ki, bu, qızğın müzakirəyə səbəb olub.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More