MİQ üzrə vakansiya seçiminə başlanılır

Müəllimlərin işə qəbulu (MİQ) üzrə vakansiya seçiminə başlanılır.

Bu barədə “Report”a İnsan Resusları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir.

Namizədlər 26 iyul saat 11:00-dan 27 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə biləcəklər.

Nəzərinizə çatdırırıq ki, test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More