“Rəqəmsal Sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

“Report” xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə keçirilən müsabiqənin əsas məqsədi qadınların informasiya-kommunikasiya texnologiyaları sahəsində bacarıqlarını artırmaq, bu sahəyə fəal cəlb olunmalarını təşviq etmək, onların rəqəmsal dünyaya inteqrasiyasını sürətləndirmək, sosial təsir yaradan ideya və təşəbbüslərini dəstəkləmək və texnologiya sahəsindəki potensiallarını üzə çıxarmaq olub.

Seçilmiş 11 finalçı layihələrini münsiflər heyəti qarşısında təqdim ediblər. Qiymətləndirmə nəticəsində üç qalib müəyyənləşdirilib və təltif olunublar.

Müsabiqədə üçüncü yeri “Carelink” layihəsi ilə Ləman Xəlilzadə, ikinci yeri “AqrofemTech” layihəsi ilə Sürəyya Əliyeva, birinci yeri isə “Süni intellektin qadın dəstək xəttinə inteqrasiyası” layihəsi ilə Kəmalə Aşımova tutub.

Qaliblərə diplom və mükafatlar təqdim edilib.

FOTO: Samirə Həsənova

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More