Çin və Aİ liderləri qlobal dəyişikliklər kontekstində uzaqgörənlik nümayiş etdirməli, düzgün strateji qərarlar qəbul etməlidirlər.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının sədri Antonio Kostanı qəbul edərkən deyib.
“Getdikcə dinamik qlobal dəyişikliklər və qeyri-sabit beynəlxalq vəziyyət şəraitində Çin və Aİ liderləri bir daha uzaqgörənlik və məsuliyyət nümayiş etdirməli, düzgün strateji qərarlar qəbul etməlidirlər”, – ÇXR sədri bildirib.
Si Cinpinin qeyd etdiyi kimi, 2025-ci ildə Çin-Aİ diplomatik əlaqələrinin qurulmasının 50 illiyi, həmçinin BMT-nin 80 illiyi qeyd olunur. “Çin-Aİ əlaqələri yenidən mühüm tarixi kəsişmə nöqtəsindədir. Çin və Aİ mübadilə və əməkdaşlıq baxımından səmərəli nəticələr əldə ediblər ki, bu da hər iki tərəfə və bütün dünyaya fayda verib”.
ÇXR sədri vurğulayıb ki, Çin və Aİ çoxtərəfliliyi və açıq əməkdaşlığı müdafiə edən konstruktiv qüvvələrdir: “Beynəlxalq vəziyyət nə qədər mürəkkəb və ciddi olarsa, Çin və Avropa bir o qədər çox mübadilələri gücləndirməli, qarşılıqlı etimad və əməkdaşlığı dərinləşdirməlidir.
Mənbə: Report.Az
Comments are closed.