Tramp: ABŞ və Aİ ticarətlə bağlı ciddi danışıqlar aparır

ABŞ və Avropa İttifaqı ticarət sazişi ilə bağlı ciddi müzakirələr aparır.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda süni intellektin inkişafına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

O, həmçinin qeyd edib ki, Vaşinqton və Pekin ticarət danışıqlarının son mərhələsindədir.

“Biz ciddi danışıqlar apardığımız Avropa İttifaqına sövdələşmə təklif etmişik və əgər onlar razı olsalar, o zaman biz daha aşağı tarifləri ödəməyə icazə verəcəyik. Dünən biz Filippin və İndoneziya ilə də müqavilə bağladıq, hər iki halda öz ölkələrini Amerika biznesinə açacaqlar. Və biz Çinlə razılaşmanı yekunlaşdırmaq mərhələsindəyik”, – Ağ Ev rəhbəri davam edib.

Tramp həmçinin qeyd edib ki, bəzi ölkələr 15 ilə 50 faiz arasında birbaşa tariflərlə üzləşəcək.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More