Umerov: Rusiya və Ukrayna arasında əsas məsələlərdən biri ilə bağlı nəticə əldə olunub, iş davam edir

Rusiya və Ukrayna arasında əsas məsələlərdən biri ilə bağlı nəticə əldə olunub, iş davam edir.

“Report” xəbər verir ki, bunu Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov İstanbulda keçirdiyi brifinqdə deyib.

“İlk növbədə, biz həmişə müxtəlif istiqamətlərə cavabdeh olan bütün həmkarlarımızla eyni vaxtda görüşlər keçiririk: humanitar, siyasi, atəşkəs”, – Umerov bildirib.

“Beləliklə, bir məsələ ilə bağlı nəticə var, digər ikisi ilə bağlı proses hələ də davam edir”, – Umerov yekunlaşdırıb.

2025-07-23 23:11

Rusiya Ukraynaya onlayn rejimdə işləmək üçün siyasi, hərbi və humanitar məsələlər üç işçi qrupu yaratmağı təklif edib.

“Report”un məlumatına görə, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski İstanbulun Çırağan sarayında Rusiya və Ukrayna arasında keçirilən danışıqlardan sonra deyib.

“Biz bu dəfə Ukrayna tərəfinə nə təklif etdik? Vergi ödəyicilərinin vaxtına və puluna qənaət etmək üçün nümayəndə heyətimiz daxilində onlayn rejimdə işləyəcək üç işçi qrupu yaratmaq”, – Medinski bildirib.

“Ukrayna tərəfi bu təklifə baxmağı öhdəsinə götürüb”, – Rusiya nümayəndə heyətinin rəhbəri qeyd edib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More