Yevlaxda odlu silahla qətl törədilib 

Yevlaxda qətl hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayev odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Onu tüfənglə qətlə yetirməkdə şübhəli bilinən isə həmkəndlisi 1957-ci il təvəllüdlü Əli Rəsulovdur. Ə.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More