ABŞ Kamboca və Tailand arasında gərginliyin artmasından narahatdır, hərbi əməliyyatları dərhal dayandırmağa və münaqişənin sülh yolu ilə həllinə çağırır.
“Report”un xəbərinə görə, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Tommi Piqott deyib.
“Biz həmçinin Tailand və Kamboca sərhədində zorakılığın artmasından ciddi şəkildə narahatıq və mülki şəxslərə dəyən zərər barədə xəbərlərdən dərin kədərlənirik. Birləşmiş Ştatlar hərbi əməliyyatları dərhal dayandırmağa, mülki əhalinin müdafiəsinə və münaqişənin sülh yolu ilə həllinə çağırır”, – Piqott bildirib.
Mənbə: Report.Az
Comments are closed.