Antalyada meşə yanğını Bülent Ersoyun villasına sıçrayıb, sənətçi təcili təxliyə olunub

Türkiyənin Antalya şəhərindəki meşə yanğını tanınmış ifaçı Bülent Ersoyun Kundu bölgəsinin Gözəloba məhəlləsindəki villasına sıçrayıb.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, sənətçi tələm-tələsik təxliyə olunub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Evə sıçrayan yanğın genişlənmədən söndürülüb.

İfaçının prodüsseri B.Ersoyun vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Qeyd edək ki, Antalyanın Aksu, Qazipaşa, Manavgat ve Muratpaşa rayonlarında meşə yanğınları bir neçə gündür davam edir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More