İstanbulda keçirilən “Avropa üçlüyü” ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) ilə İran arasında nüvə danışıqlarının növbəti mərhələsində tərəflərin məsələnin həlli üçün yenidən görüşəcəkləri barədə razılaşıblar.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə İranı təmsil edən xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
O, İstanbulda avropalı nümayəndələrlə ciddi, açıq və ətraflı müzakirələr apardıqlarını bildirib:
“Görüş çərçivəsində sanksiyaların aradan qaldırılması və nüvə məsələsinə dair son proseslər müzakirə olundu”.
K.Qəribabadi həmçinin bəzi Avropa ölkələrinin İsrailin İrana hücumlarına dair Tel-Əvivi dəstəkləyən mövqelərini də gündəmə gətirdiklərini və bu mövqeləri tənqid etdiklərini vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl İranla nüvə sazişinin Avropa tərəfləri olan Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüşü İstanbulda mayın 16-da olub.
“Avropa üçlüyü” ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) ilə İran arasında nüvə danışıqlarının növbəti mərhələsi bu gün İstanbulda başlayıb.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, Xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən görüş hazırda İranın İstanbuldakı Baş Konsulluğunda keçirilir.
Görüşdə Böyük Britaniya, Fransa, Almaniya, eləcə də İran xarici işlər nazirliklərinin yüksək səviyyəli rəsmiləri iştirak edir. Kritik görüşün nüvə sazişi və sanksiyalar da daxil olmaqla geniş mövzuları əhatə edəcəyi gözlənilir.
Xatırladaq ki, bundan əvvəl İranla nüvə sazişinin Avropa tərəfləri olan Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüşü İstanbulda mayın 16-da olub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.