Cəbrayıl şəhər sakini: Valideynlərimlə tərk etdiyim doğma torpağa indi övladımla qayıdıram

“Valideynlərimlə tərk etdiyim doğma torpağa indi övladımla qayıdıram”.

Bu sözləri “Report”a açıqlamasında bu gün Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Mustafayeva Kamilə deyib.

“Cəbrayıl işğaldan azad edildikdən sonra orada olmamışıq. Həyəcanla oraya çatacağım anı gözləyirəm”, – deyə o qeyd edib.

Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən Cəbrayıl şəhər sakini doğma yurduna qayıtdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More