Fransa BMT Baş Assambleyasının (GA) sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini rəsmən tanıyacaq.
“Report” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron X-də bildirib.
“Mən qərara gəldim ki, Fransa Fələstin dövlətini tanıyacaq. Mən bunu bu ilin sentyabrında BMT Baş Assambleyasında təntənəli şəkildə elan edəcəyəm. İndi ən vacibi Qəzzada müharibəni dərhal dayandırmaq və mülki əhaliyə yardım göstərməkdir”, – o qeyd edib.
Onun sözlərinə görə, hazırda Fələstinin HƏMAS hərəkatının demilitarizasiyasını, həmçinin Qəzzanın təhlükəsizliyini və bərpasını təmin etmək lazımdır:
“Nəhayət, Fələstin dövlətini qurmaq, onun həyat və qabiliyyətinə zəmanət vermək, silahsızlaşdırılmasını qəbul edərək və İsraili tam tanımaqla Yaxın Şərqin bütün xalqlarının təhlükəsizliyinə töhfə vermək imkanı vermək lazımdır”,
Fransa lideri Qəzza zolağında tezliklə atəşkəs əldə olunmasının vacibliyini də vurğulayıb.
Mənbə: Report.Az
Comments are closed.