Gəncədə piyadanı avtomobil vurub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən şadlıq saraylarının birinin qarşısında qeydə alınıb.
Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Ayaz Məmmədovu avtomobil vurub. O, xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report.Az
Comments are closed.