Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin sözçüsü tərəfindən verilmiş son bəyanata sərt reaksiya verib.
“Report”un yerli bürosu xəbər verir ki, o, Aİ nümayəndəsinin gürcü xalqının haqlı suallarını cavablandırmaq əvəzinə, “rus” etiketi ilə damğalamaq taktikasından istifadə etdiyini bildirib.
“Gürcü xalqının haqlı suallarına cavab vermək əvəzinə, onlara “rus” damğası vurmaq taktikasına əl atmaq Aİ sözçüsünün özlüyündə çox şeyə cavabdır”, – deyə Papuaşvili qeyd edib.
Spikerin bu bəyanatı Xarici Fəaliyyət Xidmətinin saytında yayımlanan və Gürcüstan hakimiyyətinin Aİ-nin ölkədəki fəaliyyəti ilə bağlı səsləndirdiyi ittiham və dezinformasiyanı qəti şəkildə rədd edən açıqlamadan sonra gəlib. Aİ sözçüsü bildirib ki, Gürcüstanın rəsmi Brüssel ilə münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayan avropalı səfirə qarşı şəxsi hücumlar qəbuledilməzdir və pislənilir.
Mənbə: Report.Az
Comments are closed.