İsrael Kats: İsrail Fələstin dövlətinin yaradılmasına imkan verməyəcək

İsrail ayrıca Fələstin dövlətinin mümkün yaranma ehtimalını öz təhlükəsizliyinə təhdid hesab edir və onun yaradılmasına imkan verməyəcək.

“Report” xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats Fransa prezidenti Emmanuel Makronun Fələstini dövlət kimi tanımaq qərarını şərh edərkən deyib.

Katsın sözlərinə görə, Makronun Fələstin dövlətini tanımaq niyyətini açıqlaması biabırçılıq və terrora təslim olmaqdır, eyni zamanda (7 oktyabr 2023-cü ildə – Red) yəhudi xalqının Holokostdan sonra ən dəhşətli qətliamını törədən “HƏMAS”dan olan qatillərə və təcavüzkarlara mükafat və dəstəkdir:

“Fransa prezidenti bu çətin zamanda İsraili dəstəkləmək əvəzinə onu zəiflətməyə çalışır. Təhlükəsizliyimizə xələl gətirəcək, varlığımızı təhdid edəcək və İsrail torpağına olan tarixi haqqımızı pozacaq Fələstin qurumunun yaradılmasına icazə verməyəcəyik. Biz hamımız bu ciddi təhlükənin qarşısını almaq üçün birləşmişik”.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More