“Yüksəliş” müsabiqəsi insan kapitalına yönəlmiş ən dəyərli investisiyalardan biridir.
“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva beşinci “Yüksəliş” müsabiqəsinin mükafatlandırma mərasimində deyib.
O bildirib ki, zaman və şəraitdən asılı olmayaraq, insanın öz bilik və bacarıqlarına etdiyi sərmayə heç vaxt dəyərini itirmir və bu investisiyanı heç kim ondan ala bilməz:
“Müasir dövrdə bilik və təhsilə yönələn diqqət dövlətin strateji yanaşmasının göstəricisidir. Azərbaycan ailələri övladlarının təhsilli və layiqli vətəndaş olmalarına böyük önəm verir. Valideynlər çox vaxt şəxsi maraqlarından keçərək övladlarının yaxşı təhsil alması üçün fədakarlıq göstərirlər”.
Fərəh Əliyeva əlavə edib ki, Azərbaycan dövləti bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirir: “Bu siyasət çərçivəsində ölkənin insan kapitalı formalaşır və bu kapital ölkənin gələcək inkişafının əsasını təşkil edir”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.