Qazaxıstanda hərbi helikopter radarlardan itib

Qazaxıstanın Almatı vilayətində EC-145 hərbi helikopteri radarlardan itib.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Helikopterin göyərtəsində üç ekipaj üzvü olub. Hazırda Qazaxıstanın Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri cəlb edilməklə axtarış-xilasetmə işləri aparılır.

Bütün halların araşdırılması üçün hadisə yerinə xüsusi komissiya göndərilib.

“100-dən çox canlı qüvvə və təxminən 15 vahid texnika, o cümlədən aviasiya və pilotsuz uçuş aparatları cəlb edilib”, – məlumatda qeyd olunub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More