Rusiyanın Xarkova hücumu nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb

Rusiya Silahlı Qüvvələrinin Xarkovda yerləşən Vərəm Dispanserinə havadan endirdiyi zərbə nəticəsində biri uşaq olmaqla 17 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Xarkov vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən bildirib.

“Son məlumatlara görə, həkimlər 17 nəfərə, o cümlədən 12 yaşlı qıza tibbi yardım göstəriblər”, – o qeyd edib.

O.Sinequbov dəqiqləşdirib ki, zədələnmiş tibb müəssisəsinin əməkdaşı xəstəxanadadır. Digər xəsarət alanlara yerində lazımi yardım göstərilib, onlar xəstəxanaya yerləşdirilməyiblər.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More