Malayziyanın baş naziri Ənvər İbrahim Tailand və Kambocanın hökumətlərinin atəşkəsə razılaşdıqlarını açıqlayıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Malayziyanın “Bernama” agentliyi məlumat yayıb.
“Ənvər İbrahim bildirib ki, hər iki ölkə razılığa gəlib. Lakin hərbçilər artıq sərhəddə yerləşdiyinə görə, qoşunların çıxarılması üçün bir müddət vaxt istəyiblər”, – agentlik bildirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.