Türkiyə parlamentində Terrorsuz Türkiyə Komissiyası yaradılır

Türkiyə Böyük Millət Məclisinin (TBMM) tərkibində Terrorsuz Türkiyə Komissiyası yaradılır.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, TBMM rəhbərliyi rəsmi məktub göndərərək siyasi partiyalardan komissiyaya üzv təqdim etmələrini istəyib.

Məlumata görə, Komissiya 51 üzvdən ibarət olacaq və burada partiyalar parlamentdəki mandat bölgüsünə uyğun olaraq təmsil olunacaqlar.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More