Ukraynada deputat yol qəzasında ölüb

Ukraynanın İvano-Frankovsk vilayətində Ali Radanın “Səs” partiyasından olan deputatı Yaroslav Rusçinin yol qəzasında ölüb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın “Fokus” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Rusçinin idarə etdiyi motosiklet traktorla toqquşub. Qəza İvano-Frankovsk vilayətinin Babuxov kəndi yaxınlığında baş verib.

Rusçinin tibb müəssisəsinə aparılarkən dünyasını dəyişdiyi bildirilir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More