Vaşinqton İstanbuldakı danışıqlar fonunda Moskva və Kiyevə müraciət edib

Vaşinqton Moskva və Kiyevi hərtərəfli atəşkəs və sülh yolu ilə nizamlanma üçün birbaşa danışıqları davam etdirməyə çağırıb.

“Report” “Fox News”a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott keçirdiyi növbəti brifinqdə deyib.

Piqott əlavə edib ki, Vaşinqton iki tərəf arasında birbaşa danışıqların üçüncü raundundan xəbərdardır və Birləşmiş Ştatlar tam və qeyd-şərtsiz atəşkəs üçün davam edən çağırışları dəstəkləyir.

Digər məsələlərlə yanaşı, ABŞ Dövlət Departamentinin sözçüsü müavini bildirib ki, ABŞ Rusiya və Ukraynanın məhbusların, xüsusilə də ağır xəstələr və yaralıların mübadiləsinə dair razılığa gəlməsi xəbərini alqışlayır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More