Azərbaycan İdman Akademiyasının futzalçıları Avropa çempionu olub

Xorvatiyanın Zaqreb şəhərində keçirilən futzal üzrə universitetlərarası Avropa çempionatına yekun vurulub.

“Report” xəbər verir ki, finalda Azərbaycan İdman Akademiyası ilə İspaniyanın Valensiya Universiteti üz-üzə gəlib.

Görüş Azərbaycan təmsilçisinin 7:2 hesablı qaləbəsi ilə başa çatıb.

Beləliklə, Azərbaycan İdman Akademiyasının futzalçıları universitetlərarası qitə çempionu olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More