Azərbaycanın 3×3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala vəsiqə qazanıb

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala vəsiqə qazanıb.

“Report” xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda Slovakiya seçməsi ilə qarşılaşıb.

Bu matçda rəqibinə 21:8 hesabı ilə qalib gələn komanda növbəti mərhələyə qrup lideri kimi yüksəlib.

Komanda ilk qrup oyununda Çexiyanı da məğlub etmişdi – 20:12.

Qeyd edək ki, millimiz 1/4 finalda Çin yığması ilə üz-üzə gələcək. Oyun 27 iyul saat 16:00-da start götürəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More