İsrail Livanda “Hizbullah”ın yüksək rütbəli komandirini zərərsizləşdirib

İsrail Livanda “Hizbullah”ın yüksək rütbəli komandirini zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücumda məqsəd “Hizbullah” hərəkatının komandiri Əli Əbdül-Qadir İsmayılı öldürmək olub. Zərbə Livanın cənubundakı Bint Cbeil bölgəsinə endirilib.

Bildirilir ki, öldürülən şəxs “Hizbullah”ın “terror potensialının bərpasında iştirak edib” və onun hərəkətləri “İsrail və Livan arasında atəşkəs haqqında razılaşmaların kobud şəkildə pozulması” olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More