Laçında bir neçə nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qarabağ bürosunun məlumatına görə, hadisə Qarakeçdi kəndində baş verib.
Belə ki, Mahir Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb. Hadisə nəticəsində sürücü, habelə sərnişinlər; Şəhla Novruzova və Xədicə Novruzova ölüb. Avtomobildə olan digər sərnişin Ramilə Abdullayeva isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.