Litva Ukrayna üçün “Patriot” sistemlərinin alınmasına 30 milyon avro ayıracaq

Vilnüs Ukrayna üçün “Patriot” zenit-raket komplekslərinin alınmasına 30 milyon avro yönəldəcək.

“Report” xəbər verir ki, bu barədə BNS agentliyinə Litvanın müdafiə naziri Dovile Şakalene məlumat verib.

“Litva ABŞ-də istehsal olunan silahların, konkret olaraq “Patriot” sistemlərinin alınması prosesinə qoşulacaq və bu məqsədlə təxminən 30 milyon avro ayıracaq. Bununla biz ABŞ Prezidenti Donald Trampın bu qərarını tam dəstəklədiyimizə dair strateji mesaj veririk”, – o qeyd edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More