Almaniya kansleri Fridrix Merts Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığı aparıb.
“Report” TASS-a istinadən xəbər verir ki, söhbət zamanı Yaxın Şərqdə vəziyyət və region üzrə siyasi kurs müzakirə edilib.
“İyulun 26-da Fransa Prezidenti və Böyük Britaniyanın Baş naziri ilə telefon danışığım oldu, söhbət zamanı Yaxın Şərqdəki kursumuzu müzakirə etdik. Emmanuel Makron və Kir Starmerlə mühüm razılıq əldə edildi. Yaxın günlərdə sıx koordinasiyada növbəti addımları atacağıq”, – məlumatda bildirilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.