Peruda avtobus uçurumdan düşüb, azı 15 nəfər ölüb

Perunun mərkəzində yerləşən Xunin əyalətində avtobusun uçurumdan düşməsi nəticəsində ən azı 15 nəfər həlak olub.

“Report”un məlumatına görə, bu barədə RPP radiostansiyası xəbər verib.

“Molina şirkətinə məxsus avtobusun iştirak etdiyi bu qəza nəticəsində 15 nəfər həlak olub, polis ilə birlikdə onların şəxsiyyətlərini müəyyən etməyə çalışırıq. Xəstəxanaya 27 xəstə çatdırılıb”, – Tarma şəhərinin tibb xidmətinin rəhbəri Aldo Tineo deyib.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib. 66 sərnişinin olduğu avtobus Limadan La-Mersed şəhərinə gedirmiş.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More